Rusiyada ötən gün 4 941 nəfər koronavirusa yoluxub
Rusiyada son sutka ərzində daha 4 941 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, bu barədə Operativ Qərargahın məlumatında deyilir.
Bununla da Rusiyada koronavirus xəstələrinin sayı 985 346 nəfərə çatıb.
Ötən sutka ərzində Rusiyada koronavirusdan 11 nəfər ölüb ki, bununla da sözügedən virusun qurbanlarının sayı 17 025-ə çatıb. Sağalanların ümumi sayı 804 383 nəfər təşkil edir.Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.

