Sosial 

Mərkəzi Gömrük Hospitalı qeyri-COVID xəstəxanası kimi fəaliyyət göstərəcək

Sabahdan etibarən Mərkəzi Gömrük Hospitalı yenidən hər kəs üçün adi qaydada fəaliyyət göstərməyə başlayacaq.

Bu barədə Hospital özü məlumat yayıb.

Məlumatda bildirilir ki, 1 sentyabr 2020-ci il tarixindən etibarən Mərkəzi Gömrük Hospitalı fəaliyyətini bərpa edərək gömrükçülərə və əhaliyə tibbi xidmət göstərməyə başlayır.

Qeyd edək ki, iyunun 11-dən Mərkəzi Gömrük Hospitalı pandemiya xəstəxanası kimi yalnız COVİD-19 xəstələrinə tibbi yardım göstərirdi.

Daha çox xəbərlər