Siyasət 

VI Beynəlxalq Humanitar Forumunun iştirakçıları Milli Məclisdə olub

ARANTV.AZ xəbər verir ki, Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizə səfər edən Uruqvay Baş Assambleyasının Nümayəndələr Palatasının sərdi Xorxe Qandini və Rusiya Dövlət Duması sədrinin müavini Sergey Neverovun başçılıq etdikləri nümayəndə heyətləri Milli Məclisdə olublar.

Son illər Azərbaycanla Uruqvay arasında əlaqələr inkişaf edir, deyən Milli Məclisin sədri Oqtay Əsədov Uruqvay Baş Assambleyasının Nümayəndələr Palatasının sərdi Xorxe Qandini ilə görüşündə əməkdaşlığın müxtəlif istiqamətlərindən danışdı. Spiker parlamentlərarası münasibətlədən də razılıq etdi. Beynəlxalq qurumlardakı faydalı əməkdaşlığı qeyd edərək bildirdi ki, ölkələrimiz qarşılıqlı olaraq vacib məsələlərdə bir-birilərinə dəstək göstərirlər. Uruqvay Baş Assambleyasının Nümayəndələr Palatasının sədri Xorxe Qandini qısa zamanda 3-cü dəfə ölkəmizə səfər etdiyini bildirdi. Qonaq Bakıda keçirdiyi görüşlərin ölkələrimizin və xalqlarımızın mənafeyinə xidmət edəcəyinə əminliyini vurğuladı. Əlavə etdi ki, Uruqvay Azərbaycanı bölgə üçün giriş qapısı hesab edir və bütün sahələrdə əlaqələrin inkişafında maraqlıdır. Milli Məclisin sədri Oqtay Əsədovun Rusiya Dövlət Duması sədrinin müavini Sergey Neverovla keçirdiyi görüşdə də iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıldı. Spiker iki ölkə arasındakı parlamentlərarası əməkdaşlığı yüksək qiymətləndirdi. Sergey Neverov Bakı Forumunun yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq bildirdi ki, bu tədbir ölkələrimiz arasında yaxın əlaqələrin mövcudluğunu bir daha təsdiqləyir.

Daha çox xəbərlər