“ISESCO-nun ASAN mükafatı” təsis olunub
ARANTV.AZ xəbər veürir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə ISESCO arasında Birgə Əməkdaşlıq Proqramı imzalanıb, “ISESCO-nun ASAN mükafatı” təsis olunub. Bununla bağlı keçirilən mətbuat konfransında məlumat verilib.
Mətbuat konfransında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirdi ki, əməkdaşlıq Proqramına əsasən qabaqcıl idarəetmə üzrə “ISESCO-nun ASAN mükafatı” üzv dövlətlərdə innovasiyaları əks etdirən təcrübələr üçün təqdim ediləcək. ISESCO-nun 2019-2021-ci illər üzrə üçillik Fəaliyyət Planında üzv ölkələrdə sektoral idarəçilik mexanizminin inkişaf etdirilməsi məqsədilə ölkəmizin qabaqcıl təcrübəsi olan “ASAN xidmət” modelindən faydalanmaq tövsiyə olunub. İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri isə Azərbaycan modeli olan “Asan” xidmətin dünyada məşhur brend kimi tanındığını diqqətə çatdırdı. Vurğulandı ki, Dövlət Agentliyi ilə ISESCO arasında əməkdaşlığın əsası ötən il xidmətlərin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması ilə qoyulub. Sonda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə ISESCO arasında Birgə Əməkdaşlıq Proqramı imzalandı.

