Pandemiya ilə mübarizədə insanlar çipləşdiriləcək? – AÇIQLAMA
Məlumdur ki, dünyada koronavirus pandemiyası ilə mübarizədə (COVİD-19) təklif edilən layihələrdən biri viruslu xəstələrin aşkarlanması üçün insanlara xüsusi çiplərin yerləşdirilməsidir.
Xatırladaq ki, “Microsoft” qurucusu, milyarder Bill Geytsin insanları “COVID-19” əleyhinə peyvənd adı ilə çipləşdirmək niyyətində olduğu barədə məşhur sui-qəsd nəzəriyyəsi də bir müddət əvvəl gündəmdə idi.
Avropanın bəzi ölkələrində çipləşdirilmə prosesi vardır. Mütəxəssislərin insanların sağlamlığının daimi təqibdə saxlanılması üçün bu metoddan istifadə təklifi yenidən bu məsələni aktual edir.
Maraqlıdır, təhlükəli xəstəliklərin vaxtında aşkarlanması, orqanizmdə baş verə biləcək digər xəstəliklərin izlənilməsi baxımından insanlara çiplərin taxılmasına həkimlərin münasibət və mövqeyi nədən ibarətdir?
Bununla bağlı Sonxeber.az azərbaycanlı həkimləri danışdırıb.
Azərbaycanın baş infeksionisti Cəlal İsayev mövzu haqda müsbət və ya mənfi nəsə deyə bilməyəcəyini bildirib:
“Bu proses necə qurulur və fəaliyyət göstərir, bu barədə mənim məlumatım yoxdur”.
Azərbaycanlı professor Adil Qeybulla pandemiya mərhələsində dünyanın sözügedən məsələyə kapital qoymalı olduğunu deyib. Professor xəstəliklərə tətbiq ediləcək bütün nəzarət variantları, tələblərinın məqbul olduğunu açıqlayıb:
“Xəstəliklərə bu cür nəzərət olunması yalnız və yalnız Helsinki Deklorasiyasına və Haaqa Konvensiyasına zidd olmadığı təqdirdə məqbuldur.
Molekulyar biologiyanın, virusologiyanın, mikrobiologiyanın, digər elm sahələrinin naəliyyətləri də bu problemin həllinə yönəlməlidir.
Tahlükəli xəstəliklər qrupuna vəba, taun, sarı qızdırma və təbii çiçək aiddir. Təbii çiçək vaksinasiya nəticəsində yox çıxıb, onun yerinə qrip əlavə olunub. Çünki qrip qısa müddətdə epidemiya, pandemiya törədən virusdur.
Qrip təhlükəli infeksiyalar qrupuna daxildir. İspan qripindən dünyada 100 milyona yaxın insan tələf olub.
Koronvirusla bağlı hələlik bu qərar yoxdur. Yəqin bu virus da ola bilsin ki, həmin qrupa daxil edilsin. Ümumiyyətlə, dünyada respirator yolla yayılan infeksiyalara qarşı mübarizə istiqamətində post- pandemik dövrdə yeni bir proqram ortaya qoyulmalıdır.
Sorğuya ATU dosenti, cərrah Ədalət Rüstəm də münasibət bildirib:
“Çiplərin insanlara yerləşdiriilməsi və xəstəliyin gedişində istifadə edilməsi xüsusi kampaniya xarakterlidir və şirkətlərin uydurmalarıdır. Boş söhbətlərdir.
Nəzərdə tutulur ki, əksər dünya ölkələrində olduğu kimi, Azərbaycanda da bəzi metodlar var ki bundan istifadə edilsin.
Yəni şəxsin doğulan andan elektron tibbi kartı olur. Hər bir fərdin doğulan andan ölənədək məlumatları orada olur. Ad, soyad deyilən kimi, elektron imzanızı verən kimi istənilən tibb müəssisəsində kompyuterə girəndə sizin bütün tibbi məlumatlarınız orada çıxacaq.
Axrıncı müayindən nə vaxt keçdiniz, bundan əvvəlki müayinə nə vaxtdır, ilk gündən başlamış bu günədək bütün müayinə prosesləri haqqında məlumatlarınız burada öz əksini tapacaq. Bu prosedurun ölkəmizdə Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulurdu, ancaq pandemiya bunun qarşısını kəsdi. Yəqin ki, pandemiyadan sonra bu prosesə başlanılacaq. Bu proses dünya ölkələrində çoxdan var və Azərbaycanda da bu proses artıq başlayır”.

