Qrip və sətəlcəm peyvəndi koronvirusdan qoruya bilərmi? – AÇIQLAMA
Qrip və sətəlcəm (pnevmoniya) peyvəndi insanları koronvirusdan qoruya bilərmi sualları bir çox insanları maraqlandırır.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, bu suallara Türkiyənin Ege Universiteti Tibb Fakültəsində müəllim işləyən Dr. Məhmət Sezayi Daşbakan aydınlıq gətirib.
Dr. Məhmət Sezayi Daşbakan bildirib ki, “Koronavirus sətəlcəmə səbəb olur. İnsanlarda sətəlcəm peyvəndi vurdursam koronavirusdan qoruna bilərəmmi? sualı yaranır.
O qeyd edib ki, sətəlcəm peyvəndi koronavirusun səbəb olduğu sətəlcəmdən qorumur. Koronavirusun səbəb olduğu sətəlcəmlə pnevmoniya peyvəndi ilə qarşısı alınan sətəlcəm fərqlənir.
Pnevmoniya peyvəndi virusların deyil, bakteriyaların səbəb olduğu sətəlcəmin qarşısını alır. Bu səbəbdən sətəlcəm peyvəndi olduqda insanalarda koronavirusa yoluxmayacağam düşüncəsi doğru deyil.
Koronavirus sətəlcəminin daha şiddətli olduğunu deyən Prof. Dr. Taşbakan koronavirus pnevmoniyası ilə normal bir xəstənin yaşadığı pnevmoniya arasında bir çox fərq olduğunu bildirib:
“Adi pnevmoniya hər yaşda görülə bilər. Sətəlcəm peyvəndinin qoruyuculuğu bu bakteriyaya qarşıdır. Bunu müalicə etmək şansımız var. Çünkü buna qarşı çox sayda antibiotik var.
Təəssüf ki, koronavirus sətəlcəminə qarşı müalicə üçün istifadə edə biləcəyimiz təsirli bir dərman yoxdur”.

