Gündəm 

Erməni riyakarlığı,erməni xəyanəti,erməni qəddarlığı

Ölkəmiz rəzil və xain bir düşmənlə üz-üzədir. Xalqımızın tarixboyu süfrəsinin çörəyi ilə barındırdığı, tikəsini bu millətlə yarı böldüyü halda əvəzində xəyanət görüb. Torpaqlarımıza göz dikiblər, soydaşlarımıza qarşı ağılagəlməz işgəncələr tətbiq ediblər, əsl faşist xislətini ortaya qoymaqla saysız-hesabsız qırğınlar törədiblər. Xalqımıza qarşı misli görünməyən soyqrım həyata keçiriblər.

İndisə , gəlin, erməni dövlətinin tarixinə diqqət yetirək. Tarixən ermənilərin qafqaz coğrafiyasında dövləti olmayıb.XVIII-XIX əsrlərə aid Çar Rusiyasına məxsus sənədlərdə indiki Ermənistan Respublikasının ərazisindəki yer adları, mahal və kəndlər azərbaycan dillidir. Bu da o deməkdir ki, ermənilər heç vaxt Qafqazda olmayıb.Onlar qədim qaim türk torpaqlarına  sonradan gəlmədilər.

Və hansı hadisələrdən sonra….

Hələ XVIII əsrdə ikən Qarabağ xanlığında yaşayan erməni məliklikləri cəsarətlənib qiyama cəhd etmişdilər. Ancaq İbrahim xanın qətiyyəti sayəsində ermənilərin burnu yaxşıca ovulmuş,onlara kənardan fitva verənlərin arzuları gözlərində qalmışdır. Ermənilərin özlərinə kənardan yiyə axtarmsı Çar Rusiyasının niyyətləri ilə üst-üstə düşdüyündən I Pyotr mənfur qonşumuzdan istifadə etməyi qərara aldı. Rusiyanın Qafqaz siyasətində erməni xəyanətindən istifadə olunmağa başlanıldı. Pyotrdan sonra da Rusiyanın Qafqazı ilhaq siyasəti davam etdirildi. 1813-cü il və 1828-ci illərdə Rus-İran müharibələrində bağlanmış Gülüstan, Türkmənçay müqavilələri nəticəsində  Azərbaycan torpaqlarının bölünməsi ermənilərin xeyrinə yaradı. Rusiya sadiq nökərlərinin Qafqazda sayını artırmaq məqsədilə səfir Qriboyedovun təşkilatçılığı ilə İranda yaşayan ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinə başladı. Ermənilər Qarabağa gəlmələrinin 150-ci ildönümünə görə Ağdərə rayonunun ərazisində abidə də qoyublar. 1963-cü ildə qoyulan abidə sonradan ermənilərin köçürülmə faktını təsdiq etdiyindən sökülüb. Hazırda bu erməni abidəsinin qalıqları Tərtər rayonunun Şıxarx qəsəbəsində qalmaqdadır. Erməni yalanlarını ifşa etmək üçün bu abidənin özü tutarlı tarixi faktdır.Bir daha erməni yalanlarını üzə çıxarır.

Gülüstan və Türkmənçay müqavilələrindən sonra Qərbi Azərbaycan bölgəsində xüsusilə ermənilərin sayı artırılsa da XIX əsrin əvvəllərində onların sayı hələ də azərbaycanlıları üstələyə bilmirdi. İrəvan şəhərinin 70 faizini azərbaycan türkləri, 30 faizini isə ermənilər təşkil edirdi. Qərbi Azərbaycanın ərazisi tarixən Çuxursəd bəylərbəyliyi, sonra İrəvan xanlığı olmuşdur. İndiki Ermənistan Respublikasının ərazisi əzəli olaraq ata-babalarımıza məxsus olmuş, ermənilərə heç dəxli olmamışdır. Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması ingilis və rusların birbaşa himayıdarlığı ilə yaradılmışdır. 1918-ci ildə Azərbaycan və Gürcüstan Respublikalarının yaranması ilə yanaşı 3-cü Qafqaz Respublikası Ermənistanın yaranması isə bilavasitə Azərbaycan Respublikasının qurucularının razılığı ilə mümkün olmuşdur. Belə ki, ermənilərin torpağı olmadığından azərbaycanlılara məxsus ərazilərin onlara verilməsinə razılıq verilib.Bunun da qarşısında ermənilər Zəngəzur və Qarabağ olan iddialarından əl çəkməli idilər. Ancaq əfsuslar olsun ki, ermənilər sonralar da zaman-zaman torpaq iddialarını davam etdirdilər. Məkrli niyyətlərindən əl çəkmədilər. Əsrin əvvəlində Qarabağda , Qubada, Lənkəranda və başqa bölgələrimizdə qanlı qırğınlar törətməkdə davam etdilər.

SSRİ dönəmində də ermənilər xainliklərini davam etdiməklə , “Krunk” kimi təşkilatlar , fondlar yaratmaqla xalqımıza qarşı ərazi iddiaları qaldırmağa çalışmışdılar. 1988-ci ildə isə ermənilər gözlənilmədən yenidən xalqımıza qarşı ekstremist, düşmənçilik siyasəti yeritməyə başladılar.Nahaq qanlar tökdülər. Kənar xarici himayədarlarının yardımı ilə 20 faiz torpağımızı işğal etdilər.

30 ildən artıq davam edən Qarabağ müharibəsində Ermənistan nəinki, sülh, barışıq yolu tutur. Münaqişənin alovlanması üçün daha aqressiv mövqe nümayiş etdirir. Bununla da Ermənistan Qafqaz bölgəsində sülhə təhlükə yaratmaqda davam edir.

Azərbaycanın mövqeyi haqq işi olaraq qalır. Biz itirilmiş torpaqlarımızın qaytarılması üçün mübarizəmizi davam etdirəcəyik. 2016-cı ilin aprel döyüşləri, 2020-ci ilin iyulundakı Tovuz döyüşləri ordumuzun döyüş qabiliyyətinin Ermənistandan qat-qat üstün olduğunu bir daha göstərdi. Düşmənin burnu layiqincə ovuldu. Bununla da təcavüzkar Ermənistan Respublikası bir daha bilməlidir ki, gec-tez Azərbaycan torpaqları sülh yolu ilə olmasa, güclü ordumuzun sayəsində geri qaytarılacaq.

Nəriman İsmayılov

Bərdə Rayon Qeydiyyat Şöbəsinin rəisi

I dərəcəli ədliyyə qulluqçusu 

 

Daha çox xəbərlər