Problemli kreditlərlə bağlı 100 minə yaxın işə xitam verilib – RƏSMİ
İcra işlərinin təxminən 50 faizi kredit borclarına dair məsələlərdən ibarətdir.
Bu barədə Ədliyyə Nazirliyinin “Məhkəmə qərarlarının icrasının təşkili” mövzusunda keçirilən mətbuat konfransında Nazirliyin Baş idarəsinin Kredit borcları şöbəsinin rəis əvəzi Emin Veysov məlumat verib.
Onun sözlərinə görə, icra məmurları qanunamüvafiq şəkildə həmin işlərin təmin olunmasını həyata keçirir:
“Dövlət başçısının fərmanına uyğun olaraq, problemli kreditlərin restrukturizasiyası ilə bağlı işlər görülüb. Bu istiqamətdə təxminən 100 minə yaxın işə xitam verilib. Bu proses gələcəkdə də davam etdiriləcək. Bu məsələdə perspektivlilik və səmərəliliyin daha da artırılmasına xüsusi diqqət ayrılır. Bəzi problemli müraciətlərin həlli istiqamətində isə tədbirlər planı hazırlanır”.

