Hadisə 

Kranın aşması nəticəsində bir nəfər ölüb, yaralılar var – YENİLƏNİB + FOTO/VİDEO

Bakının Nəsimi rayonu, Mövsüm Sənani küçəsi 29 ünvanında kranın aşması nəticəsində ölən şəxsin kimliyi bilinib.

ARANTV.AZ  xəbər verir ki, həmin şəxs kranın sürücüsü 1983-cü il təvəllüdlü Cəfərov Elvin İbrahim oğludur.

Həmin kranın “Qaranti inşaat” şirkətinə məxsus olduğu bildirilir.

15:31

Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani 37 ünvanında kranın aşması ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikinti şirkətlərindən birinə məxsus qülləli kran yaxınlıqdakı 9 mərtəbəli binanın və qarşısında dayanan avtomobillərin üzərinə aşıb. İlkin məlumata görə, kranın kabinasında olan 1 nəfər ölüb.Oxu.Az

Daha çox xəbərlər