Sosial 

Moldovadakı Azərbaycan icmasının rəhbəri Rusiyada təltif edildi

Moldovadakı Azərbaycan icmasının lideri Feyruz İsayev Rusiya Federasiyasının dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif olunub.

Bu barədə “Tribuna” məlumat yayıb.

“Mükafat Moldova Respublikasının vətəndaşı İsayev Feyruz Abdul oğluna neft və qaz sənayesinin inkişafındakı böyük töhfəsinə və uzun illər vicdanla çalışmasına görə verilib”,  – Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin fərmanında deyilir.

Daha çox xəbərlər