Hadisə 

Maşınla toqquşan motosiklet sürücüsü öldü

Saatlı rayonunun Musalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

ARANTV.AZ qafqazinfo-ya istinadən bildirir ki, qəza sentyabrın 5-də saat 23 radələrində qeydə alınıb.

Kənd sakini İ.İbrahimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə şəhər sakini İlham Salmanovun idarə etdiyi motosiklet toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş İ.Salmanov sentyabrın 6-da orada ölüb.

Saatlı RPŞ tərəfindən araşdırma aparılır.

Daha çox xəbərlər