Dünya 

Saakaşvilinin Gürcüstanın baş naziri vəzifəsinə namizədliyi irəli sürüldü

Gürcüstanda “Güc birlikdədir” müxalif birliyi sabiq prezident Mixail Saakaşvilinin gələn ay keçiriləcək parlament seçkilərində baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu barədə “Vahid Milli Hərəkat” partiyasının lideri Qriqol Vaşadze brifinq zamanı deyib.

Bununla əlaqədar olaraq M.Saakaşvilinin bu gün axşam saatlarında açıqlama verməsi gözlənilir.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək.

Daha çox xəbərlər