Sosial 

AYB bu il qurultay keçirəcəkmi? – AÇIQLAMA

Azərbaycan Yazıçılar Birliyininin (AYB) 2020-ci ilin noyabr ayına planlaşdırılan qurultayı koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejiminin yumşaldılmasından sonra keçiriləcək.

Bunu Oxu.Az-a AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib:

“Vəziyyət stabilləşəndə qurultayın dəqiq tarixi müzakirə olunacaq və qərar elan ediləcək”.

X.Rza qurultayın onlayn keçirilməsi məsələsinə də münasibət bildirib:

“Qurultayın onlayn keçiriləcəyini sanmıram. Belə bir məsələ müzakirə olunmur”.

Xatırladaq ki, nizamnaməyə əsasən, qurultay beş ildən bir keçirilir və AYB-nin yeni sədri seçilir. Qurultayda sədr vəzifəsinə namizədlərin kim olacağına isə, qurum rəsmisi deyib ki, qurultayın keçiriləcəyi tarix bəlli olduqdan sonra namizədlərlə bağlı məsələyə aydınlıq gətiriləcək.

Daha çox xəbərlər