Sosial 

Bu il 23 min şəxsə yaşa görə müavinət təyin olundu

Bu ilin əvvəlinədək və cari ilin ötən dövründə pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan 23 min şəxsə yaşa görə müavinət təyin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bununla həmin vətəndaşlar əvvəlki qanunvericilikdə nəzərdə tutulan yaş hədlərinə çatmalarını gözləmədən, daha erkən dövrdə yaşa görə müavinət hüququ qazanıblar.

Ümumilikdə, yaşa görə müavinətlə təmin olunanların sayı hazırda 100 minə yaxındır.

Daha çox xəbərlər