Türkiyədə FETÖ əməliyyatı: hərbçilər və vəkillər saxlanıldı
Türkiyənin 17 vilayətində FETÖ terror təşkilatının Türkiyə Silahlı Qüvvələrindəki mənsublarına qarşı polis əməliyyatı keçirilib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, İstanbul prokurorluğunun təlimatı ilə keçirilən əməliyyat zamanı 44 nəfər saxlanılıb. Onlardan 21 nəfəri hərbçi, 13 nəfəri isə mülki şəxs olub.
Bundan başqa, Ankara prokurorluğunun təlimatı ilə 7 vilayətdə FETÖ mənsubu olan hüquqşünaslara qarşı əməliyyat keçirilib. Əməliyyat çərçivəsində 60 vəkil barədə saxlanma qərarı verilib. Onların axtarışları davam edir.

