Dünya 

Ukraynada ağır yol-nəqliyyat hadisəsi olub: Ölənlər və yaralananlar var – FOTO

Ukraynada Kiyev-Xarkov magistral yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

TASS agentliyi Kiyev vilayətinin patrul polisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qəzada iki yük maşını, mikroavtobus və bir minik avtomobili iştirak edib.

Yerli vaxtla səhər saat dörd radələrində baş verən qəza nəticəsində beş nəfər ölüb, 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daha çox xəbərlər