Dünya 

Braziliyada koronavirusa yoluxanların sayı 4,3 milyonu keçib

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 15 minə yaxın nəfər yoluxub.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 330 455 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 415 nəfər ölüb, ölənlərin ümumi sayı 131 625 nəfər təşkil edir.

Daha çox xəbərlər