Yasamal sakinlərinin problemi öz həllini tapdı – VİDEO
Uzun müddətdir ki, Yasamal rayonunun 7-ci Salaxanı küçəsində yaşayan sakinlər zibil tullantılarının yaratdığı xoşagəlməz mənzərə və dəhşətli iydən əziyyət çəkirdilər.
Baku TV vəOxu.Az Yasamal rayonunda zibil konteynerlərinin olmaması ilə bağlı problemi işıqlandırdıqdan sonra, adiyyəti qurumlar hərəkətə keçib, əraziyə yeni zibil konteynerləri yerləşdirilib.
Zibil qutuları Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən dəyişdirilib.
Ətraflı süjeti təqdim edirik:

