“Mən Azərbaycanlıyam” telelayihəsinin VIII mövsümünün qalibləri mükafatlandırılıb
ARANTV.AZ xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirlikləri və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “Mən Azərbaycanlıyam” milli intellektual telelayihəsinin VIII mövsümünün qalibləri mükafatlandırılıb.
8 il ərzində “Mən Azərbaycanlıyam” Milli Bilik yarışması gənclər üçün əsl sınaq meydanı oldu. Savadına, biliyinə güvənən, 15-29 yaşlı gənclər yarışmada qalib adını qazanmaq üçün zəka döyüşünə çıxdılar. “Mən Azərbaycanlıyam” intellektual telelayihəsi ölkəmizin təbliğinə həsr edilən ilk milli televiziya oyunudur. Məhz buna görə veriliş teleməkanda böyük tamaşaçı rəğbəti qazanıb. Telelayihənin VIII mövsümü qaliblərinin mükafatlandırılması mərasimində bu barədə məlumat verildi. Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyanın rektoru Fuad Hacıyev layihənin, ümumilikdə cəmiyyətdə geniş rezonans doğurduğunu vurğuladı. Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirdi ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin uğurlu davamı onların inkişafında mühüm rol oynayır. “Mən azərbaycanlıyam” layihəsi isə intellektual potensialı olan gənclərin üzə çıxarılmasına imkan yaradır. İlboyu çətin bilik mübarizəsində uğur qazanan gənclər Azərbayacanın 39-bölgəsini əhatə edib. Sonra “Mən Azərbaycanlıyam” layihəsinin 8-ci mövsümünə həsr edilən videoçarx nümayiş etdirildi, qaliblər mükafatlandırıladı.
Sonra mərasim tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam etdi.

