Sosial 

Sosial şəbəkədə BU MƏLUMATLARI yayanlar məsuliyyətə cəlb edilə bilər – AÇIQLAMA

Ermənistan ordusu cəbhə bölgəsində təxribata əl atdığı vaxtda sosial şəbəkələrdə dövlətimiz əleyhinə düşmən tərəfindən müxtəlif yalan və şər-böhtan xarakterli xəbərlər yayırlar. Bəzən olur ki, o xəbərləri yayanlar azərbaycanlı olurlar. Bilərəkdən və ya bilməyərəkdən bu cür xəbərləri yayanlar həbs edilə bilərmi?

ARANTV.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Bəhruz Məhərrəmov bildirib ki, qanunvericilikdə dövlət və digər sirlərin yayılması ilə bağlı konkret məsuliyyət nəzərdə tutulub:

“Eyni zamanda təxribat və bu xarakterli əməllərə görə bir neçə maddələr üzrə məsuliyyət də var. Əgər sosial şəbəkə istifadəçisi bilərəkdən və bilməyərəkdən yalan məlumatları yayırsa, bununla bağlı qanunvericilikdə boşluqlar var. Lakin onun yaydığı məlumatların tərkibində sirlər varsa, buna görə artıq məsuliyyət nəzərdə tutulur. Hesab edirəm ki, məsələ ilə bağlı qanunvericilikdə olan boşluqları aradan qaldırmaq lazımdır. Bu da kompleks tədbirlərdir. Çalışaq ki, sosial şəbəkələrdə bu uğursuz təxribatın qurbanına çevrilməyək. Bilərəkdən və ya bilməyərəkdən rəsmi məlumatları yaymayaq. Çünki bu məlumatlar düşmən tərəfindən məqsədli şəkildə paylaşıla bilər. Bunu da biz bilərəkdən və ya bilməyərəkdən sosial şəbəkədə paylaşıb düşmənə xidmət etmiş oluruq. Məhz ona görə də ehtiyatlı olmalıyıq. Bu istiqamətdə qanunvericilikdə nizamlama prosedurunun olmasına ehtiyac var”.

Daha çox xəbərlər