Sosial 

Departament rəisi: “Azərsu” 19 xidməti elektronlaşdırıb”

Bu gün “Azərsu” ASC abonentlərə göstərdiyi 19 xidməti elektronlaşdırıb.

ARANTV.AZ  xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin Elektron İdarəetmə və Müasir Texnologiyalar Departamentinin rəisi Emil Əhmədov bu gün keçirilən tədbirdə deyib.

O bildirib ki, elektron xidmətlərin və “E-Su” portalının istifadəyə verilməsinin məqsədi təması maksimum dərəcədə azaltmaqdır:

“Bu gün “Azərsu” ASC-i “Facebook”, “Telegram” sosial şəbəkəsindən abonentlərə xidmət göstərir. Lakin bütün bunları bir araya toplayaraq, mərkəzləşmiş sistem kimi “E-Su” portalını təqdim etdik”.Oxu.Az

Daha çox xəbərlər