Ziyafət Əsgərovun sədri olduğu komitəyə hansı şikayətlər daxil olub?
Milli Məclisin yaz və növbədənkənar sessiyaları müddətində Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə daxil olan müraciətlərin sayı və motivi açıqlanıb.
Milli Məclisin yaydığı xəbərə görə, bu barədə komitə sədri Ziyafət Əsgərov məlumat verib.
O, komitənin bu gün keçirilən iclasında deyib ki, hesabat dövründə 26 ərizə və şikayət daxil olub.
Aidiyyəti üzrə baxılıb tədbir görülməsi üçün müxtəlif ünvanlara 17 məktub göndərilib.
Ərizə və şikayətlərin çox hissəsini cinayət işlərinin araşdırılması, iş və mənzillə təmin edilmə kimi müraciətlər təşkil edib. Məktubların bir qismi isə hərbi qulluq və hərbi xidmətkeçmə barədə müraciət və təkliflərdən ibarət olub.

