Bakıda işıqforun qarşısında qoyulan yol nişanı qəza şəraiti yaradır – VİDEO
Bakının Xətai rayonunda Sarayevo küçəsi ilə Məzahir Rüstəmov küçəsinin kəsişməsində işıqforun düzgün quraşdırılmaması qəza şəraiti yaradır.
Bununla bağlı lentə alınan videogörüntü Oxu.Az-ın redaksiyasına göndərilib.
Sözügedən küçələrin kəsişməsində sol tərəfdə “baş yol” nişanı qoyulub. Nişanın arxasında isə işıqfor var. Uzaqdan gələn sürücü heç bir halda yol nişanının arxasında işıqforun olub-olmadığını görmür.
Yalnız yolayrıcına yaxınlaşdıqdan sonra orada işıqforun olduğu görülür, bu isə qəza şəraiti yaradır.

