Sosial 

Xanım deputat Səudiyyə Ərəbistanı ilə dostluq qrupunun rəhbəri olacaq – FOTO

Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni rəhbər seçiləcək.

ARANTV.AZ  xəbər verir ki, bununla bağlı “Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” 2020-ci il 24 aprel tarixli qərarında dəyişiklik edilməsi gözlənilir.

Dəyişikliyə əsasən, Fatma Yıldırımın Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası dostluq qrupuna rəhbər gətirilməsi Milli Məclisin sentyabrın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

O, bu vəzifədə mərhum deputat Fəttah Heydərovu əvəz edəcək.

Oxu.Az

Daha çox xəbərlər