Cəmiyyət 

İctimai yerlərdə siqaret çəkmək olmaz

ARANTV.AZ xəbər verir ki, İctimai yerlərdə siqaret çəkmək olmaz. Bu qadağa Prezident İlham Əliyevin 2017-ci ilin 29 dekabr tarixində “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması” haqqında fərmanında əksini tapıb. Qanuna əsasən, həyata keçirilən tədbirlər ölkə əhalisinin sağlamlığının qorunmasına, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının təmin olunmasına xidmət edir.

Parklarda, xiyabanlarda, metro çıxışlarında, dayanacaqlarda, ictimai yerlərdə tez-tez siqaret çəkənlərlə rastlaşırıq. Açıq havaya və olduğumuz hər hansı qapalı məkana buraxılan tüstü diskanfort hissi yaradır. Ölkəmizdə bu cür hallara qarşı mübarizə tədbirləri həyata keçirilir. Əsasən də ictimai yerlərdə siqarət çəkməyin yolverilməzliyi hazırda günün tələbinə çevrilib.

Prezident İlham Əliyevin 2017-ci ilin 29 dekabr tarixində “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması” haqqında fərmanı da əsasən ölkə əhalisinin sağlamlığının qorunmasına, düzgün həyat tərzinin təbliğinə, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının təmin olunmasına xidmət edir.

Artıq 10 minə yaxın xəbərdaredici lövhələr hazırlanaraq  aidiyyatı təşkilatlara paylanılıb. Qapalı məkanlarda, ictimai yerlərdə siqaretlə yanaşı, sulu qəlyan və elektron siqaretin çəkilməsinə də icazə verilmir.

Əhalinin sıx istifadə etdiyi Bakı Metropolitenində tütünlə bağlı cərimələrin tətbiqinə 6 il əvvəl başlanılıb. İnzibati Xətalar məcəlləsinin 305-ci maddəsinə görə qaydanı pozanlar 50 manat məbləğində cərimə olunurlar.

Belə tədbirlər artıq öz səmərisini verir. Sərnişinlər də qoyulan qaydalara tam əməl edirlər. Siqaret çəkənlər üçün isə xüsusi yerlərin ayrılması nəzərdə tutulur. Bələdiyyələr də tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması sahəsində addımlar atmağa hazırlaşırlar.

Daha çox xəbərlər