Rusiya sülhməramlılarının olduğu təyyarələr Dağlıq Qarabağa yola düşüb
Rusiyanın Ulyanovsk şəhərindən Dağlıq Qarabağa rusiyalı sülhməramlıları gətirən 4 İl-76 təyyarəsi yola düşüb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi bildirib.
Qeyd olunur ki, daha sonra daha 5 təyyarə yola düşəcək:
“Təyyarələrin göyərtəsində sülhməramlı birliyin şəxsi heyəti, avtomobil texnikası, zirehli transportyorlar və digər vasitələr olacaq”.
Ümumilikdə sülhməramlı kontingentdə 1 960 hərbi qulluqçu, 90 ZTR, 380 avtomobil və xüsusi texnika yer alacaq.

