Gündəm 

Azərbaycanda son illər ərzində iqtisadi artımlar qeydə alınıb

Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) üzv ölkələr arasında son bir il ərzində rəqabətlilik qabiliyyəti artıb. 2016-2020 illər ərzində iqtisadi cəhətdən ən böyük artımların olduğu ölkələr arasında Azərbaycanın da adı var.

Bu məlumat Avropa Yenidənqurma və İnkişaf Bankının 2020-2021-ci illəri əhatə edən Keçid Hesabatında öz əksini tapıb.

Bildirilib ki, son bir il ərzində bəzi ölkələrdə davamlı irəliləyişlər qeydə alınıb, xüsusilə də, uzunmüddətli rəqabət qabiliyyətinin formalaşmasında irəliləyişlər müşahidə olunub.

2016-2020-ci illər ərzində Çernoqoriya, Tunis və Türkiyə kimi ölkələrdə yeni biznesin qurulması üzrə işlər asanlaşdırılıb, eləcə də, Azərbaycan, Gürcüstan, Kosovo kimi ölkələrdə iflas problemlərinin həll edilməsi istiqamətində və ümumi biznes işinin təkminləşdirilməsi baxımından irəliləyişlər nəzərə çarpıb.

Həmçinin, iqtisadi idarəetmə baxımından Azərbaycan və Tacikistanda gözlə görünən artımların olduğu, 2016-2020-ci illər ərzində isə ən böyük iqtisadi artımların Azərbaycan, Kipr, Misir, Monteneqro, azalmaların isə Albaniya, Bosniya və Herseqovina, Monqolustan, Şimali Makedoniya və Polşada qeydə alındığı əlavə edilib.

Daha çox xəbərlər