Ermənilər Paşinyanı xain ELAN ETDİLƏR – VİDEO
Xəbər verdiyimiz kimi, ölkə prezidenti cənab İlham Əliyevin, Rusiya prezideti Putinin və Ermənistan Baş nazirinin birgə imzaladıqları 3 tərəfli bəyanatla Dağlıq Qarabağ müaqişəsinin artıq sülh müstəvisində həll edilməsi prosesi başlanıb. Azərbaycanın ərazi bütövlüyü təmin olunaraq Qarabağın status məsələsi tam aradan qaldırılıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ məsələsində Azərbaycan və Rusiya prezidentləri ilə razılığa gəlib və məğlubiyyəti qəbul edib.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər veri ki, Paşinyan “Facebook” üzərindən öz xalqına müqaviləni elan edərkən, Ermənistan vətəndaşları əvvəlcə müqavilənin imzalanmasına inanmayıblar.
Paşinyanın Dağlıq Qarabağda Rusiya və Azərbaycanla razılaşmasından sonra ölkədə etirazlar başlayıb.
Ermənilər Paşinyanı xain elan ediblər.
Qeyd olunur ki, artıq 3-cü gün davam edən etirazlar vətəndaş müharibəsinə çevrilə bilər.

