Sosial 

Ermənilər özləri ilə qəbir daşlarını da söküb aparırlar – FOTO

Artıq bir neçə müddətdir ki, əsgərlərimiz torpaqlarımızı düşmən işğalından azad ediblər. Namərdliyi ilə “ad çıxaran” ermənilərdən bir çoxları gedərkən evlərini yandırıb, bəziləri meşələrə od vuraraq ekoloji terror törətməklə özlərinə qarşı nifrəti artırıblar.

İllərlə düşmən tapdağı altına qalan torpaqlarda baş verənlər barədə o torpaqların həsrəti ilə yaşayan xalqımız bir çox məlumatları sosial şəbəkədən alır.

ARANTV.AZ  xəbər verir ki, yayılan görüntülərdən birində Kəlbəcər və Laçındakı ermənilərin atıb qaçdığı ərazilərdən özləri ilə qəbir daşlarını, qəbiristanlıqdakı heykəlləri də apardıqları görünür.

Edqar Vardanyan adlı erməni keşiş “Facebook” səhifəsində paylaşdığı şəkilin “könüllülərin xatirəsinə” salınmış parkda çəkildiyini qeyd edib.

Ermənilər özləri ilə qəbir daşlarını da söküb aparırlar - FOTO

Daha çox xəbərlər