Yoluxma artdığına görə müəssisələr yenidən bağlana bilər?
Bu gün dünyada və Azərbaycanda koronavirusun pik həddi yaşanır. Belə ki, Azərbaycanda yoluxanların sayı artıq 2000-ni ötüb. Noyabrın 15-də Azərbaycanda 2258 nəfər koronavirusa yoluxub, 21 nəfər vəfat edib. Yoluxma sayı artdığına görə bu həftə kafe və restoranlar bağlana bilərmi?
ARANTV.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, dünəndən koronavirusa yoluxanların sayında rekord rəqəm qeydə alınıb:
“Azərbaycanda koroavirusa yoluxanların sayı 3000-ni, ölənlərin sayı 30-u keçəcək. Yoluxma mənbəyi hesab edilən müəssisələrin hər biri bağlanmalıdır. İnsanların bir-biri ilə təması minimuma endirilməlidir. Həmin müəssisələrə gözəlik salonları, bərbərxanalar, kafe və restoranlar daxildir. Ona görə düşünürəm ki, bu müəssisələr bağlanmalıdır. Operativ Qərargah bununla bağlı təcili addımlar atmalıdır. Cərimələrlə bağlı qaydalar sərtləşdirilməlidir. Qapalı müəssisələrdə maska taxmayanlar cərimələnməlidir. Yoluxma sayı bu templə davam edərsə, bu həftədən karantin rejimi yenidən sərtləşdirilə bilər”.

