“WhatsApp”da silinən mesajları bu yolla OXUMAQ OLAR – FOTO
Günümüzdə ən populyar messencer olan “WhatsApp”da bəzən qarşı tərəf yazdığı mesajı səbəb gətirmədən silir. Bir çoxları həmin mesajı geri qaytarmağın mümkünsüz olduğunu düşünür, lakin belə deyil.
ARANTV.AZ radiokp.ru-ya istinadən xəbər verir ki, bu barədə “Sinergiya” Universitetinin İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini Anton Averinin danışıb.
Onun sözlərinə görə, silinən mesajları bərpa etmək üçün müxtəlif proqramlar hazırlanıb:
“Silinmiş mesajları bərpa etmək üçün hazırlanan əksər proqramlar yalnız “Android OS” istifadəçiləri üçün nəzərdə tutulub. Ən populyar proqramlardan biri “Notif log notification history” adlanır“.
Silinən mesajı oxumağın digər yolu isə “WhatsApp”ı telefondan silib yenidən yükləməkdir. “WhatsApp” yenidən yüklənib tamamlandıqdan sonra mesaj tarixiniz saxlandıqda (Backup/Yedəkləmə və ya ehtiyat nüsxə) siz silinmiş mesajları oxuya biləcəksiniz.
Sizə göndərilən mesaj silindiyi zaman “Bu mesaj silindi” şəklində xəbərdarlıq almağınıza baxmayaraq, mesaj yedəkləmə tarixində göndərildiyi kimi saxlanılır və tətbiq silinib təkrar yazıldığı zaman onu oxumaq mümkün olur.
Qeyd edək ki, bir müddət öncə “WhatsApp”ın mesajsilmə funksiyasında səhv tapılmışdı.
Bu səhvə görə silinən mesajları Android platformalı telefonlarda oxumaq mümkün olurdu.
Belə ki, mesajlar parametrlərdəki bildiriş mərkəzində saxlanıldığı üçün “settings”dən “notification register”ə daxil olduqda silinən mesajlar görünürdü.
Yeri gəlmişkən, populyar messencerdə artıq yeni “yoxa çıxan mesajlar” funksiya işə salınıb. Bundan sonra istifadəçilər qarşı tərəf mesajı oxuyub çıxan kimi silinən fayllar göndərə biləcəklər.

