Sosial 

Vətən müharibəsində iştirak edən hərbçilərimizin banklara borcu SİLİNƏCƏK?

Sentyabrın 27-dən başlayan Vətən müharibəsi Azərbaycan ordusunun qalibiyyəti ilə nəticələnib. Vətən müharibəsinə iştirak edən, şəhid olan hərbiçilərin ailələrinə dövlət və şirkətlər tərəfindən müəyyən yardımlar edilsə də bəzi hərbiçilərin ailəsi banklar tərəfindən sıxışdırılır. Dövlət tərəfindən Vətən müharibəsində iştirak edən hərbiçilərimizin banklara olan xırda borcları silinə və dondurula bilərmi?

ARANTV.AZ  xəbər verir ki, bununla bağlı Sonxeber.az-danışan deputat Müşfiq Cəfərov bildirib ki, Vətən müharibəmiz başlayan gündən bir çox igid oğullarımız cəbhəyə üz tutdu:

“Onlar həmin an heç tərəddüd etmədən cəbhədə ölümün gözünə baxa – baxa addımladılar. Düşünürəm ki, dövlət olaraq elə bir addım atmalıyıq ki, həmin insanların məişət problemləri qaydasına düşsün. İlk öncə müəyyən komissiya yaradılmalıdır. Həm şəhid ailələrinin, həm də müharibə üçün səfərbər olunmuş bütün şəxslərin problemləri öyrənilib həll olunsun. İlk atılacaq addım bank məsələsi ilə bağlı olmalıdır. Şəhid ailələri bütün imtiyazlarla əhatə olunur. Hazırda tək şəhid ailələrinin problemləri deyil, həmçinin könüllü və çağırışla müharibəyə cəlb olunmuş mülki şəxslər, hərbçilərin bank problemi sahəsində əməli addım atılmalıdır.

Düşünürəm ki, bu məsələ indivudual olmamalıdır. Bir bank güzəşt tətbiq edir, bir bank isə əksini həyata keçirir. Mən hesab edirəm ki, buna birbaşa mərkəzi bank koordinasiya etməlidir. Banklar da vətənimizin bu anında xalqın və dövlətin yanında olmalıdır. Bütün biznes və qazanc maraqları arxa plana keçməlidir. Necə ki, müharibə dövründə böyük həmrəylik nümayiş olundu, post müharibə dövründə də bu birlik davam etməlidir. Banklardan bütün borcların silinməsi gözlənilmir, müharibədən sonrakı mərhələyə qədər həmin borcların dondurulmağı məqsədəuyğun olar. Müharibəyə cəlb olunan şəxslər geri qayıdıb öz işinə dönənə kimi güzəştlər tətbiq olunmalıdır”.

Daha çox xəbərlər