Sosial 

Şəhid olduqdan sonra evindən tapılan məktub HƏR KƏSİ KÖVRƏLTDİ – Xanımı danışdı -FOTOLAR

Vətən müharibəsində qəhrəmancasına döyüşüb şəhid olan igid oğullarımızdan biri də Şəkidən olan mayor Məmmədov Xəyal Ağabəy oğludur.

BiG.AZ-ın əməkdaşı şəhidimizin həyat yoldaşı Röyalə Məmmədova ilə əlaqə saxlayaraq igid şəhidimizi daha yaxından tanımağa çalışıb. Xanımı bildirib ki, Xəyal Hadrut,Füzuli,Cəbrayıl,Zəngilanın alınmasında qəhrəmanlıqla şücaət göstərib:

“Xəyal əsgərləri döyüş meydanından xilas edib. Qubadlıya ilk girənlərdən olub.Oktyabrın 20 si Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub”.
Şəhid olduqdan sonra kirayə yaşadığı evdən Xəyalın məktubu tapılıb:

“Son yazdığı məktubu sizə göndərirəm. Füzulidə kirayədə yaşayırdıq. Şəhid olduqdan sonra gedib əşyalarımızı yığarkən evdən masanın üstündən tapdıq. Məktubunda övladlarını, ailəsini Allaha əmanət edib”.

Şəhidimiz məktubunda bu sözləri qeyd edib:
“07 Oktyabr 2020-ci il…Mən gedirəm vətəni qorumağa. Müqəddəs vəzifəmin icrasına. Ailəm və övladlarım Allaha əmanət olsun. Hər kəs haqqını halal etsin. Vətən sağ olsun”.

Qeyd edək ki, Xəyal Məmmədovun iki azyaşlı qızı var. Övladları ilə olan fotoları təqdim edirik:

Şəhid olduqdan sonra evindən tapılan məktub HƏR KƏSİ KÖVRƏLTDİ - Xanımı danışdı -FOTOLARŞəhid olduqdan sonra evindən tapılan məktub HƏR KƏSİ KÖVRƏLTDİ - Xanımı danışdı -FOTOLARŞəhid olduqdan sonra evindən tapılan məktub HƏR KƏSİ KÖVRƏLTDİ - Xanımı danışdı -FOTOLARŞəhid olduqdan sonra evindən tapılan məktub HƏR KƏSİ KÖVRƏLTDİ - Xanımı danışdı -FOTOLARŞəhid olduqdan sonra evindən tapılan məktub HƏR KƏSİ KÖVRƏLTDİ - Xanımı danışdı -FOTOLARŞəhid olduqdan sonra evindən tapılan məktub HƏR KƏSİ KÖVRƏLTDİ - Xanımı danışdı -FOTOLAR

Daha çox xəbərlər