Braziliyada koronavirusdan ölənlərin sayı 170 minə yaxınlaşır
Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 16 207 nəfər yoluxub.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 6 087 608 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 302 nəfər ölüb, ölənlərin ümumi sayı 169 485 nəfər təşkil edir.

