Şəhid ailələri üçün koronavirus testi pulsuz olacaq
Bu gün Azərbaycanda koronavirus testləri baha olduğu üçün çox insanlarımız bu analizdən keçməyi imtina edir. Bu gün təklif edil’n məsələlərdən biri də şəhid ailələri və qazilər üçün koronavirus testinin pulsuz olmasıdır.
ARANTV.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Aqil Abbas bildirib ki, şəhid ailələri üçün koroavirus testi pulsuz olacaq:”Bu gün Milli Məclisdə bu məsələ qaldırıldı. Bildirildi ki, şəhid ailələri üçün koronavirus testi pulsuz olsun. Yəqin ki, bu qazilərimiz üçün də keçərli olacaq. Qeyd edim ki, Sahibə xanım bildirdi ki,şəhid ailələri üçün koronavirus testi pulsuz olacaq”.

