Koronavirusa görə Yas MƏRASİMLƏRİNİN keçirilməsi DAYANDIRILIR?
Bildiyimiz kimi, son günlər ölkədə aktiv koronaviruslu xəstələrin sayı durmadan artmaqdadır. Viruslu xəstələrin sayını artmasında əsas mənbə kimi yas mərasimlərinin də çox faiz təşkil etməsi danılmazdır.
Bu səbəbləri nəzərə alsaq, yas mərasimlərini keçirilməsi, yaxud da minumum sayda insanların iştirakı ilə məhdudlaşdırılması mümkündürmü?
ARANTV.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-a deputat Azər Badamov danışıb:
“Son günlər Koronavirus infeksiyasına yoluxmaların artması heç də ürək açan mənzərə deyil. Çox təəssüf ki, dövlət bütün resurslarını insanların sağlamlıqlarını qorumaq məqsədilə koronavirusla mübarizəyə cəlb efilçəsinə baxmayaraq yoluxmanın dinamikası artmaqdadır. Bu , bəzi insanların özlərini məsuliyyətli aparmaması üzündən irəli gəlmişdir. Xüsusilə qələbə sevincini bölüşmək üçün kütləvi tədbirlərə, yas mərasimlərdəki kütləvilik və bi mərasimlərdə iştirak edən insanların tibbi maskadan istifadə etməməsi və yaxud düzgün istifadə etməsi yoluxmaları artırmışdır.
Xüsusilə onu qeyd etmək istəyirəm ki, yas mərasimlərinə qatılan qadınlar qapalı məkanda bir-birimə yaxın olurlar. Hətta qucaqlaşırlar və öpüşürlər. Bu da həmin qadınların yoluxmasına və evə qayıdanda ailə üzvülərinin yoluxdurmasına səbəb olur. Mən düşünürəm ki, yas mərasimlərinə ciddi nəzarət olunmalıdır. Dəfn mərasimində kütləviliyə imkan verilməməlidir. Hətta müvəqqəti olaraq iştirakına məhdud hədd qoyulmalıdır ki, mərasimdə iştirakçıların sayı minimuma ensin.
Başsağlığı isə sahibinə telefonla zəng edib bildirmək mümkündür. Hal hazırkı bəziyyət hamıya məlumdur bə yasda iştirak etmədiyinə görə heç kim heç kimdən incimir. Digər və əsas məsələ hamının hər yerdə düzgün olaraq tibbi maskanən taxılması, sosial məsafənin gözlənlməsi və diznfeksiyaedici vasitələrdən istifadə olunmasıdır. Gəlin hamılıqla birlik nümayiş etdirək. Xalqımız istəyəndə birləşə bilir. Vətən müharibəsindəki parlaq qələbəmiz məhz xalqımızın möhkəm birləşməsi sayəsində mümkün oımuşdur. Koronavirusa qarşı mübarizə də bir müharibədir. Bu müharbədə məhz dövlətin gördüyü tədbirlərə həmrəylik nümayiş etdirəcəyimiz təqdirdə qalib gəlmək mümkündür. Biz birlikdə güclüyük!”

