Sosial 

Türkiyəli məşhur əsgərimizin mesajını cavabsız qoymadı

Sosial şəbəkələrdə türkiyəli müğənni Cem Adrianla ordumuzda xidmət edən əsgərlərdən birinin dialoqu yayılıb.

ARANTV.AZ  xəbər verir ki, sənətçini çox sevən əsgərimiz işğaldan azad olunmuş torpaqlarımızda divara müğənninin adını yazaraq qarşısında şəkil çəkdirib. Daha sonra isə həmin fotonu Cem Adrianın “İnstagram” hesabına göndərib.

Müğənni bu mesaja cavab olaraq, “Cansan, qardaşım mənim! Aman, çox diqqətli ol, qardaşım mənim!” sözlərini yazıb.

Türkiyəli məşhur əsgərimizin mesajını cavabsız qoymadıTürkiyəli məşhur əsgərimizin mesajını cavabsız qoymadı

Daha çox xəbərlər