“WhatsApp”da elanlar peyda olub – FOTO
Son bir neçə ay ərzində “WhatsApp”da bir çox yeniliklər edilib. “Silinən mesajlar” ardınca indi də bu messencerdə elanlar peyda olub.
ARANTV.AZ ferra.ru-ya istinadən xəbər verir ki, bu barədə “WABetaInfo” yazır.
Yeni funksiya vasitəsi ilə istifadəçilər proqramdakı yeniliklər haqqında xəbərdar olcaqlar. Lakin bununla “WhatsApp” “Avito”nun rəqibinə çevrilməyi düşünmür.
Elanlar “WhatsApp”ın yenilənmiş Android, İOS, eləcə də veb-versiyasında yerləşdirilib.
“WhatsApp”ın iOS-versiyasında elanlar belə görünür:
Elanların bilavasitə çatlarda çıxmayacağı bildirilir.
Messencerin “Facebook”a aid olduğunu nəzərə alsaq, gələcəkdə burada reklam elanlarının da peyda olacağı istisna olunmur.



