Bu gün Bakı səması BELƏ GÖRÜNDÜ – VİDEO
Xəbər verdiyimiz kimi, dekabrın 10-da Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad keçiriləcək.
ARANTV.AZ Axşam.az-a istinadən xəbər verir ki, parada hazırlıqlar artıq bir neçə gündür davam edir. Bu gün səhər isə Bakı səmasında qırıcılar görünüb.
Qırıcıların uçuşu zamanı səmada Azərbaycan bayrağının rənglərində görüntü yaranıb. Həmin an lentə alınan videonu təqdim edirik:

