Ərdoğanın “Ay Laçın”ı oxuması İranı narahat edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Zəfər Paradında Araz çayının adı keçən “Ay Laçın” mahnısını oxuması İranı narahat edib.
ARANTV.AZ xəbər verir ki, Türkiyənin İrandakı səfiri Dərya Örs Xarici İşlər Nazirliyinə çağırılıb.
“Əl-Cəzirə”nin xəbərinə görə, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bu barədə bildirib.Publika.az

