Yeni̇ ai̇lə quran cütlüyün meyi̇tləri̇ tapıldı– AZƏRBAYCANDA
Şamaxıda yeni ailə quran cütlük dəm qazından zəhərlənərək dünyasını dəyişib.
ARANTV.AZ a24.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Məhəmmd Hadi küçəsi, ev 11 ünvanında qeydə alınıb. 1992-ci il təvəllüdlü Feyzullayev Nafiz Siyasət oğlu və onun həyat yoldaşı 1997-ci il təvəllüdlü Ağayeva Gülşən Rasim qızı ailə üzvləri tərəfindən vanna otağında huşsuz vəziyyətdə aşkarlanıb.
Hadisə yerinə gələn Təcili Təxirəsalınmaz Tibbi Yardım stansiyasının həkimləri cütlüyün öldüyünü müəyyən edib.
Faktla bağlı araşdırma aparılır.

