Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı XƏBƏRDARLIQ – VİDEO
“Ölkəmizdə xəstəliyin dinamikası fevral ayından bəri artır. Hazırda xəstəliyin ikinci dalğası ilə çətin günləri yaşayırıq”.
ARANTV.AZ-ın məlumatına görə, bunu mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, bu gün ölkədə gündəlik yoluxma dörd min civarındadır:
“Biz dörd minin üzərində olan yoluxmaların öhdəsindən gəlirik. Lakin ölüm hallarının artması bizi vadar edir ki, vaksinasiya başlansın”.

