“Oğlum mənə qalib əsgər anası olmaq şərəfini yaşatdı” – Zülfiyyə
Tanınmış vəkil Zülkiyyə Bayramova sosial mediadakı paylaşımı ilə diqqət çəkib.
ARANTV.AZ xəbər verir ki, Zülfiyyə “İnstagram” hesabında əsgərlikdə olan oğlu ilə fotosunu paylaşıb. O, paylaşımına yazdığı sözlərlə marağa səb’b olub:
“18 yaşım vardı birinci Qarabağ savaşı başlayanda. 4 il davam edən bu savaşda yaşıdım olan oğlanların əksəriyyəti şəhid olmuşdu. Məğlub olduğumuz o savaş 27 il ömrümüzə qara bir yazı kimi yazıldı. Bu illərdə 2 oğul böyütdüm. İkisinə də Vətən sevgisin aşıladım, amma etiraf edirəm ki, ürəyimin bir tərəfində “birdən müharibə uşaqlarımın əsgərliyi dövrünə düşər” qorxusu vardı. Vətənə sevgim isə o qorxu hissindən daha güclü olub ki, elə müharibə oğlanlarım əsgər gedəndən 3 ay sonra başladı.Yəni 2 ci Qarabağ savaşında oğlum mənim yaşımda 18 yaşda idi. Bütün analar kimi qürur qarışıq bir qorxu hissi yaşadım, bəlkə də o qorxunun təsirindən evdə otura bilməyib döyüş bölgəsinə getdim ta müharibə bitənə qədər orda qaldım. Çünki bütün ailəm orda idi. Mənim evdə qalmağımın nə mənası var idi ki? Müharibə bitsə də həyatımda iki fərqli iz buraxdı. Biri övladım kimi bildiyim Əmrahım şəhid oldu. İkincisi isə mən qalib əsgərin anası idim. İndi mənim alnımdan öpən bu oğul qalib əsgərdi və mənə qalib əsgərin anası olmaq şərəfini yaşatdı.Allahım qalib əsgərlərimizi qoru”.

