Mirəli Qaşqay küçəsi təmir edildi – FOTO
Mirəli Qaşqay küçəsi təmir edilib, Xan Şuşinski küçəsində isə təmir yekunlaşır.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Nəsimi rayonu ərazisində genişmiqyaslı təmir-tikinti işləri davam etdirilir.
Artıq rayonun əsaslı şəkildə təmir edilmiş Mirəli Qaşqay küçəsində işlər sona çatdırılıb.
Vurğulanıb ki, Xan Şuşinski küçəsində yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Asfaltlanma işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur.
Anoloji işlər hazırda rayonun Yusif Vəzir Çəmənzəmənli, Qulu Quliyev, Akademik Şamil Əzizbəyov və Mərdanov qardaşları küçələrində də aparılır.

