Dünya turizm sahəsi 2020-ci ilin ilk 10 ayında 935 milyard ABŞ dolları itirib – VİDEO
Dünyada turizm sənayesi yeni növ koronavirus infeksiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlərə görə 2020-ci ilin ilk 10 ayında 935 milyard ABŞ dollar itirib.
Baku TV xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatı (UNWTO) məlumat yayıb. Qeyd olunub ki, yanvar-oktyabr aylarında turizm obyektləri 2019-cu ilin eyni dövrü ilə müqayisədə 900 milyon az turist qəbul edib:
“Bu, qlobal turizmin 1990-cı il səviyyəsinə qayıtması deməkdir. Beynəlxalq turist sayının ilin sonuna qədər 70-75 faiz azalacağı gözlənilir. 2019-cu ildə ölkələr arasında səyahət edən turist sayı 1,5 milyarda çatıb”.

