Manset Region Xəbərləri 

Bərdədə rəhbər vəzifə sahibləri hər kəsə örnək ola biləcək addımlarını atırlar-FOTOLAR

Bəlli bir həqiqətdir ki, işğalçı Ermənistan Silahlı Qüvvələrinin tapdağı altından azad etdiyimiz Dağlıq Qarabağ və onun ətraf ərazilərindəki torpaqlarımız özünün qeyri-adi gözəlliyi, füsunkar təbiəti, coğrafi quruluşu, relyefi və s. ilə diqqəti cəlb edən ərazilərdən biri olmaqla bərabər, həm də doğma Azərbaycanımızın ayrılmaz bir hissəsidir. Belə bir səbəblər üzündəndir ki, 1988-ci ildə baş verən məlum hadisələrindən sonra mənfur qonşumuz Ermənistanın işğalçılıq siyasəti nəticəsində həmin əraziləri müvəqqəti itirməli olduq. Ötən otuz ilə yaxın müddət ərzində erməni qəsbkarlarının tapdaqları altında qalan torpaqlarımız viran edildi, yaşayış məntəqələrimiz yandırıldı, yerli sakinlər dədə-baba torpaqlarından didərgin düşdülər, çoxları qətlə yetirildi, əksəriyyəti olmazın işgəncələrə, məşəqqətlərə düçar oldular. Bu yöndə atılan addımların nəticəsi olaraq ələ keçirilmiş torpaqlarımızın hər qarışında erməni barbarlığı, erməni vandalizmi özünü göstərdi. Bütün bunlar azmış kimi, hətta ötən illər ərzində faşist ideologiyası ilə silahlanmış bədxah qonşumuz digər ərazilərimizdə də dövlət sərhədlərimizi pozdular, çoxsaylı təxribatlar törətdilər. Baş verən təxribatlardan biri də, məhz bu ilin 12 iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən hadisələr oldu. Yəni, həmin vaxt işğalçı erməni silahlı qüvvələri tərəfindən Azərbaycan mövqelərinə qəflətən ağır artilleriya zərbələri endirdi və gözlənilməz zərbələr nəticəsində bir neçə hərbçimiz həlak oldu, bir neçəsi isə yaralandı.

Onu da yaddan çıxartmaq olmaz ki, mənfur erməni tərəfi təxribatlarını törədən zaman heç də çirkin əməllərindən əl çəkmədilər. Yəni, onlar daha çox mülki şəxslərin yaşadıqları əraziləri ağır artilleriya qurğularından atəşə tutdular. Dinc insanlara qarşı törədikləri cinayətlər onu göstərdi ki, Ermənistan həm işğalçıdır, həm də faşist idealogiyasının daşıyıcısı olan bir dövlətidir. Bu dövlət heç zaman açıq döyüşlər zamanı şanlı Azərbaycan ordusu üzərində qələbə əldə etlməyib. 1992-1993-cü illərdən fərqli olaraq Silahlı Qüvvələrimizin son 44 gün ərzində həyata keçirdiyi uğurlu döyüş əməliyyatları, məhz Azərbaycan dövlətinin və onun bugünkü ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyin vəhdətini göstərdi. Faktdır ki, Azərbaycan Ordusu 27 sentyabrda baş verən erməni təxribatına bir daha tutarlı cavab vermək üçün uğurlu döyüş əməliyyatlarına başladı və 44 gün ərzində itirilmiş torpaqlarımızı geri qaytara bildi. Çox keçmədi ki, “məğlubedilməz erməni” mifi tamamilə altüst edildi və düşmən ölkənin əsl xisləti hər kəsə bəlli oldu. Bir anlığa diqqət yetirək ki, cəbhə bölgəsində Azərbaycan ordusunun müqavimətinə duruş gətirə bilməyən erməni ordu birləşmələri, 27 sentyabrdan sonuncu atəşkəsə qədər olan müddət ərzində mülki insanları ağır artilleriya qurğularından atəşə tutmaqda davam etdilər. Bu cür addımların atılması birbaşa erməni faşizmi, erməni barbarlığı demək oldu və işğalçı Ermənistan özünün terrorçu dövlət olduğunu, faşist ideologiyasına xidmət etdiyini bir daha sübuta yetirdi. Təəccüb doğuran hal o oldu ki, istər əvvəllər, istərsə də müharibənin gedişi zamanı Azərbaycan haqq səsini bütün dünyaya çatdırsa da,  ATƏT-in Minsk qrupuna daxil olan həmsədr dövlətlər, BMT, Avropa Birliyi, aidiyyəti üzrə digər beynəlxalq təşkilatlar və s. Ermənistanın işğalçılıq siyasətini pisləyib konkret mövqelərini ortaya qoymadılar, bu ölkəyə qarşı heç bir təzyiq göstərmədilər.

Yada salaq ki, BMT-nin Təhlükəsizlik Şurası işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistanın işğalçı ordu birləşmələrinin qeyd-şərtsiz çıxarılmasına dair 12 noyabr 1993-cü ildə 884 saylı,  30 aprel 1993-cü ildə 822 saylı, 29 iyul 1993-cü ildə 853 saylı və 14 oktyabr 1993-cü il tarixdə isə 874 saylı Qətnamələri təsdiq etsə də, təəssüflər olsun ki, 27 sentyabra kimi həmin qətnamələrin heç biri icra olunmadı. Bu cür yanaşmaların varlığına baxmayaraq, müharibənin ilk günündən müzəffər Azərbaycan ordusu DQ-da və onun ətraf ərazilərində uğurlu döyüş əməliyyatları həyata keçirməklə, məhz BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi Qətnamələri təkbaşına yerinə yetirdi və atdığı addımları ilə “canlı tarix” də yazdı. Baş verənlər onu sübut etdi ki, Silahlı Qüvvələrimiz dünyanın ən nüfuzlu və mötəbər bir qurumunun görməli olduğu vəzifəni, məhz təkbaşına, öz qətiyyəti və döyüşkənliyi sayəsində yerinə yetirməyə məcbur oldu.

Diqqəti cəlb edən hal odur ki, işğalçı Ermənistan atdığı addımları ilə hər zaman özünün terrorçu, faşist dövlət olduğunu sübuta yetirib. Yəni, bu ölkənin quldur dəstələri hərbi əməliyyatların başladığı ilk vaxtlardan ağır artilleriya qurğularını mülki insanların yaşadıqları yaşayış məntəqələrinin yaxınlığında məqsədli şəkildə yerləşdirmişdilər ki, Azərbaycan ordusu atəş açdıqda, onlar da mülki insanları atəşə tuta bilsinlər. Bir anlığa diqqət yetirək ki, cəbhədə Azərbaycan ordusunun müqavimətinə duruş gətirə bilməyən erməni ordu birləşmələri, 27 sentyabrdan sonuncu atəşkəsə qədər mülki insanları ağır artilleriya qurğularından atəşə tutdular və dinc insanların evlərini, bir çox obyektləri, bəzi dövlət qurumlarına məxsus binaları və s. yarasız hala saldılar. Bu da birbaşa erməni faşizmi, erməni barbarlığı demək oldu. Faktdır ki, Ermənistan atdığı addımları ilə özünün terrorçu, qaniçən, faşist dövləti olduğunu bütün hallarda dünyaya bəyan etdi. Onu da bildirək ki, işğalçı ölkə ötən 44 gün ərzində özünün çirkin niyyətini həyata keçirmək üçün hər cür “oyun qaydaları”nı oynamağa çalışdı və ayrı-ayrı şəhərlərimizi, rayonlarımızı, kənlərimizi, qəsəbələrimizi və s. atəşə tutmaqda davam etdi. Əslində, erməni işğalçı ordu birləşmələrinin belə bir addımları müharibə cinayəti və müharibə qanunlarının tapdaqlar altına atılması demək oldu. Bu sırada Bərdə şəhəri də erməni vandallarının nəzər-diqqətindən kənarda qalmadı. Məsələn, Ermənistanın silahlı qüvvələri Bərdə rayonu ərazisini “Toçka-U” taktiki raket kompleksindən, “Smerç” yaylım atəşli reaktiv sistemindən istifadə etməklə atəşə tutdular. Adicə oktyabrın 28-də saat 13 radələrində düşmən ölkənin silahlı birləşmələri tərəfindən şəhərdə dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 14 nəfər həlak oldu, 40-dan artıq şəxs isə yaralandı. Bütün bunlar şəhər sakinlərini qorxutmadı, əksinə erməni xislətinə qarşı nifrət hissinin artmasına səbəb oldu. Düzdür, atılan hər bir zərbə insanların ölümünə, yaralanmalarına, dağıntılara və s. səbəb oldu. Belə bir çətin və keşməkeşli anlarda RİH başçısının, bu sturukturda çalışan vəzifə sahiblərinin, rayonun hüquq-mühafizə orqanı sahəsində çalışanların, hətta digər sahələrdə rəhbər vəzifə sahibi olan şəxslərin yerli sakinlərə qarşı himayədarlıq etmələri, onların yanında olmaları yaddaqalan addımlar oldu. Bundan əlavə, Bərdə RİH-nin başçısı cənab Vidadi İsayevin rəhbərliyi və birbaşa nəzarəti altında, rayonun rəhbər vəzifə sahiblərinin cəbhə bölgəsində şəhid olan zabit və əsgərlərin dəfn mərasimlərində iştirak etmələri, yaralanmış hər bir hərbçiyə baş çəkmələri,  onların ailələrinin problemləri ilə yaxından maraqlanmaları, lazım gəldikdə müəyyən köməkdarlıqlarını göstərmələri və s. bir an olsun belə yaddan çıxmadı. Bütün bunlar onu göstərdi ki, canını, qanını Vətənimizin bütövlüyü uğurunda qurban verənlərə, yaxud da yaralananlara qarşı diqqət və qayğının göstərilməsi, məhz RİH rəhbərliyinin əsas amalıdır. Bəli, bu gün də oxşar münasibət davam etməkdədir. Bu yöndə atılan addımlar yerli sakinlərin gözləri önündə baş verdiyindən, hal-hazırda hər kəs rayonun rəhbər vəzifə sahiblərinin atdıqları addımları alqışlayır və razılıqlarını da ifadə edirlər.

Bütün bunlar onu söyləməyə əsas verir ki, Bərdə şəhər rəhbərliyinin, hüquq-mühafizə orqanı əməkdaşlarının, digər vəzifə sahiblərinin dünyasını dəyişənlərə, yaralılara, dağıntılar nəticəsindən ev-eşiyini müvəqqəti tərk edən hər kəsə bəslədikləri münasibət, məhz onların daxili istəklərindən irəli gələn yanaşmanın varlığıdır. Bəli, bu gün də bir tarixdir və hər kəsin bu yöndə atdığı addım, sanki tariximizin silinməz səhifəsi olaraq birdəfəlik yaddaşlara həkk olunacaq.

Eşq olsun xalqımıza! Eşq olsun Ali Baş Komandana! Eşq olsun qəhrəman Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

ARAN MEDIA

Daha çox xəbərlər