Gənclər Ali Baş Komandanın 17 illik fəaliyyətinə həsr olunan video hazırlayıb
Bir qrup gənc Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 17 illik fəaliyyətinə həsr olunan qısa video hazırlayıb: “Salam, böyük sərkərdə! Mən Qarabağam. Məni Anam Azərbaycana qovuşdurduğun üçün çox sağ ol”.
Tanınmış blogger, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu rejissoru Ərtoğrul Kamalovun səsləndirdiyi, Rəşad Manafovun qrafik işləri ilə və bəstəkar Tural Məmmədlinin studiyasında ərsəyə gələn videoda ölkə başçısına təbrik ünvanlanır.
Təşkilatdan “İki sahil”ə verilən məlumata görə, videonun ideyasından göründüyü kimi, 30 ilə yaxındır işğal altında olan Qarabağın azad edilməsi ərəfəsində ölkə başçısın ad gününü bu formada, məhz işğaldan azad olunan Qarabağ adından təşəkkür etməklə təbrik etmək istəyiblər.
Sözügedən təbrik videosunu təqdim edirik:

