Siyasət 

Ərdoğan Qarabağdan danışdı: Zalımlara əsla boyun əymədik

“Şərqi Aralıq dənizindən Liviyaya, Suriyadan Dağlıq Qarabağa uzanan coğrafiyada son dərəcə çətinliklərlə üzləşdik. Zalımlara əsla boyun əymədik. Bu gün Türkiyə deyəndə ağla ilk olaraq insanlıq, ədalət gəlir”.

ARANTV.AZ  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ölkəmiz prinsipial, qətiyyətli və vicdanlı siyasəti ilə bütün məzlumlara ümid verir. Digər tərəfdən Türkiyənin ulduzu yüksəldikcə məruz qaldığı hücumların şiddəti də artır. Türkiyə İŞİD başda olmaqla terror təşkilatları ilə bir çox fərqli coğrafiyada mübarizə aparan yeganə NATO ölkəsidir. Liviyada qanuni hökuməti dəstəkləyərək demokratiyanın şərəfini qurtardıq”.

Ərdoğan, həmçinin qeyd edib ki, Türkiyə Dağlıq Qarabağda 30 illik işğalın sona çatmasına töhfə verib.

“Azərbaycanlı qardaşlarımız qərar verdilər və torpaqlarını işğaldan azad etdilər. Qonşularımız başda olmaqla kimsənin torpağında və suverenliyində gözümüz yoxdur. Türkiyənin sanksiyalara və şantajlara boyun əyməyəcəyini hər kəs qəbul etməlidir. Türkiyə nə şərqə, nə də qərbə arxa çevirmir. Asiyaya, Latın Amerikasına əsla laqeyd yanaşmaz. Çətinlikləri aşacaq qətiyyətə sahibik. Ümid edirəm ki, qarşıdakı dövr iqtisadiyyat, səhiyyə və xarici siyasətdə də qızğın bir dövr olacaq.

Amerika Birləşmiş Ştatlarının yeni prezidenti Cozef Baydenin də Türkiyə-Amerika münasibətlərinə lazımi diqqət yetirəcəyinə inanıram. Bizə doğru bir addım atana biz həmişə qaçaraq getdik”.

Daha çox xəbərlər