Şəhidin SON MESAJI YAYILDI: “Ölsəm də…”
İkinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəmanlarımızdan biri XTQ-yə könüllü yazılan 2 uşaq atası, 27 yaşlı Məmmədli Rüfət Vidadi oğludur.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, o, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Məmmədli Rüfət Vidadi oğlu 1993-cü il 23 noyabrda Ağstafa rayon Saloğlu qəsəbəsində anadan olub.
2014-cü il 27 oktyabr-21 dekabr tarixlərində 196 saylı hərbi hissədə kəşfiyyatçı ixtisası üzrə kurs keçib.
2015-ci ildə nümunəvi hərbi xidmətinə, döyüş və ictimai-siyası hazırlığında əldə etdiyi nailiyyətlərinə və 14 may 2016-cı il tarixində ən yaxşı kəşfiyyatçı snayper adı uğrunda yarışda birinci yer tutduğuna görə Fəxri fərmanla təltif olunub.
2016-cı ildə Türkiyə Cümhuriyyətində 1 aylıq kursla Atıcılık və Uzman nişancı Eğitim Birik Komutanlığı tərəfindən 25.01.2016 – 26.02.2016 tarixləri arasında açılan 4- cü Dönəm Uzman Nişancı kursunu müvəffəqiyyətlə bitirib. 2015-cı ilin aprel döyüşlərində iştirak edib.
10 may 2017-ci il tarixində kiçik gizir Məmmədli Rüfət ən yaxşı kəşfiyyatçı snayper adı uğrunda yarışda birinci yer tutduğuna, döyüş və mənəvi hazırlıqla əldə etdiyi müsbət nəticələrə görə bir daha Fəxri fərmanla təltif olunub.
2020- ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak edib.
Rüfət son arzusunu elə döyüşdə olarkən “Şəhid olsam, kəndin girəcəyində adıma bir bulaq düzəldərsiniz, suyu daimi gələn olsun” deyə yaxınlarına bildirib.
Qeyd edək ki, şəhidin son mesajı yayılıb. O, səs yazısında “Sağ ikən də, ölü ikən də həmişə mənimlə fəxr edin. Mən sizə həmişə fəxrli qardaş olmuşam, siz də mənə fəxrli bacılar olmusunuz. Sizə qurban olaram, ölsəm də, məni yaşadın”.

