Məmmədyarov-Mnatsakanyan görüşünün vaxtı bəlli oldu
ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər nazirinin səlahiyyətini icra edən Zöhrab Mnatsakanyan arasında dekabrın 5-də Milanda görüş keçiriləcək.
ARANTV.AZ-ın məlumatına görə, görüşdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.
Görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endryü Şofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq.
Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.oxu.az

